BAKI, 22 iyul. TELEQRAF
“Hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə məhdud və açıq informasiya kateqoriyasına aid müşahidələrin aparılması, məlumatların hazırlanması və istifadəsi qaydaları haqqında Təlimat”da dəyişikliklər edilib.
Teleqraf xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə əlavə səlahiyyətlər verilib.
Həmçinin “Ətraf mühitin və təbii ehtiyatların dövlət monitorinqinin aparılması qaydaları haqqında Əsasnamə”nin 3-cü hissəsinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilib: “Su obyektlərinin dövlət monitorinqi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən, balıqçılıq su obyektlərinin balıqçılıq təsərrüfatının monitorinqi aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən aparılır”.