BAKI, 20 iyul. TELEQRAF
“Yetkinlik yaşına çatmayanlar üçün ixtisaslaşdırılmış sosial reabilitasiya müəssisələrində yetkinlik yaşına çatmayanlara xidmət göstərilməsi Qaydası”nda dəyişikliklər edilib.
Teleqraf xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Nazirlər Kabinetinin bu qərarı ilə sosial reabilitasiya müəssisələrində vətəndaşların qəbulu və xidmət prosesi daha dəqiq hüquqi çərçivəyə salınır. Belə ki, müəssisələrə təkcə vətəndaşların "qəbulu" deyil, həm də onların müəssisəni tərk etməsi və onlara sosial xidmətin göstərilməsi qaydaları rəsmiləşdirilir.
Qaydalardakı ümumi "qəbul" ifadələri daha dəqiq olan "yerləşdirilmə" sözü ilə əvəz edilir.
Sanitariya-gigiyena normaları təkcə şəxslərin yerləşdirilməsinə deyil, bilavasitə onlara xidmətlərin göstərilməsinə şamil olunur.