BAKI, 2 iyul. TELEQRAF

Azərbaycan Ordusunun beynəlxalq sülhməramlı əməliyyatlarda peşəkar fəaliyyəti ölkənin etibarlı tərəfdaş kimi nüfuzunu daha da möhkəmləndirib.

Teleqraf xəbər verir ki, bunu Azərbaycan Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Elçin Abdullayev “Azərbaycan Ordusunun sülhməramlı əməliyyatlarına dair hesabat”ın təqdimatında bildirib.

O qeyd edib ki, Azərbaycan Ordusu uzun illərdir Kosovo, Əfqanıstan və İraqdakı sülhməramlı missiyalarda uğurla iştirak edib:

“Hazırda isə Azərbaycan hərbçiləri Cənubi Sudanda BMT missiyası çərçivəsində xidmətlərini davam etdirirlər. Azərbaycan hərbçilərinin peşəkarlığı və məsuliyyətli fəaliyyəti beynəlxalq təşkilatlar və tərəfdaş dövlətlər tərəfindən yüksək qiymətləndirilir. Bu iştirak təkcə beynəlxalq öhdəliklərin yerinə yetirilməsi deyil, həm də yeni əməkdaşlıq imkanlarının formalaşmasına xidmət edir”.