BAKI, 2 iyul. TELEQRAF
Türkmənistan və Qazaxıstan Xarici İşlər nazirlikləri 2027-2028-ci illər üçün Əməkdaşlıq Proqramı imzalayıblar.
Teleqraf xəbər verir ki, bu barədə Türkmənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Sənəddə tərəflər arasında qurumlararası əməkdaşlıq sistemləşdirilir və tərəfdaşlığın əsas sahələri müəyyən edilir.
Qazaxıstanın Xarici İşlər Nazirinə həmçinin “XXI əsrdə Mərkəzi Asiyanın İnkişafı üçün Dostluq, Mehriban Qonşuluq və Əməkdaşlıq Müqaviləsi”nin orijinalı təqdim olunub. Müqavilə Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan prezidentləri tərəfindən imzalanıb.