BAKI, 30 iyun. TELEQRAF
Peşə təhsili üzrə ixtisasların təsnifatında dəyişiklik edilib.
Teleqraf xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, “İqtisadiyyat, xidmət, avtomatika və idarəetmə” peşə istiqaməti üzrə” hissədə “030204 Kommersiya” ixtisas qrupuna “Tədbirlərin təşkilatçısı” ixtisasından sonra “Tədbirlərin planlaşdırılması və təşkili”, “Satış və marketinq” və “Satınalmaların təşkili” ixtisasları əlavə edilib.