BAKI, 22 may. TELEQRAF
WUF13 BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) çatmaq üçün əsas vasitələrdən biri olduğunu bir daha nümayiş etdirdi.
Teleqraf xəbər verir ki, bu barədə BMT Baş katibinin müavini Amina Mohammed Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən yekun mətbuat konfransında bildirib.
A. Mohammed vurğulayıb ki, BMT sistemi daxilində daha əlaqəli yanaşma formalaşdırılmalı, dayanıqlı şəhər inkişafı və adekvat mənzil təminatı istiqamətində əməkdaşlıq gücləndirilməlidir:
“DİM-lərə yalnız ölkələr və icmalar səviyyəsində icra olunduqda nail olmaq mümkündür”.