BAKI, 11 may. TELEQRAF
Səudiyyə Ərəbistanının bələdiyyələr və mənzil təsərrüfatı naziri Məcid bin Abdullah Əl-Hoqayel mayın 17-22-də Bakıda keçiriləcək 13-cü Ümumdünya Şəhərsalma Forumunda (WUF13) iştirak etmək məqsədilə Azərbaycana səfər edəcək.
Teleqraf xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Azərbaycandakı səfirliyi məlumat yayıb.
Məlumata görə, nazir İki Müqəddəs Ocağın Xadimi və Əlahəzrət Vəliəhd Şahzadənin adından Krallığın nümayəndə heyətinə rəhbərlik edəcək.