BAKI, 1 may. TELEQRAF
Dünən Milli Onkologiya Mərkəzində partlayışda xəsarət alan Şüa-diaqnostika şöbəsinin həkim-radioloqu Asif Nəsirov hazırda süni tənəffüs aparatına qoşulub, vəziyyəti ağırdır.
Bu barədə Teleqraf-a xəstəxanadan məlumat verilib.
Qeyd edək ki, aprelin 30-da saat 14 radələrində Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzində partlayış baş verib.
Hadisə ilə bağlı Yasamal rayon prokurorluğunda cinayət işi başlanılıb.