BAKI, 1 may. TELEQRAF

Xarici diplomatlar Xankəndidə - Qarabağ Universitetində olublar.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf-a verilən məlumata görə, nümayəndə heyətini Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusifov müşayiət edib.

Universitetdə qonaqları ali təhsil müəssisəsinin rektoru Şahin Bayramov qarşılayıb. Görüş zamanı rektor Qarabağ Universitetinin fəaliyyəti, burada yaradılan müasir təhsil infrastrukturu, fakültələr və tələbələrin tədris prosesi barədə ətraflı məlumat verib.Səfər çərçivəsində xarici diplomatlar ali təhsil ocağının incəsənət, iqtisadiyyat və tibb korpuslarında olublar. Qonaqlar yeni yaradılan fakültələrlə yaxından tanış olub, tələbələrlə görüşərək onların təhsil imkanları və gündəlik fəaliyyəti ilə maraqlanıblar. Diplomatik nümayəndələr universitetdə yaradılan şəraitin yüksək səviyyədə olduğunu vurğulayıb, regionda təhsilin inkişafı istiqamətində həyata keçirilən tədbirləri yüksək qiymətləndiriblər.