BAKI, 26 fevral. TELEQRAF

"Qərbi Azərbaycan qaçqınları da öz ata-baba torpaqlarına qayıdacaqlar".

Teleqraf xəbər verir ki, bunu Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri Əziz Ələkbərli Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar “Ana harayı” abidəsini ziyarət edərkən jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, hədəfimiz ata - baba yurdumuza qayıtmaqdır.

"Bu, bizim soydaşlarımızın tarixi haqqıdır. Bu gün işğaldan azad olmuş suveren ərazilərimizdə quruculuq işləri gedir. Xocalı bu gün abadlaşır. Qarabağda ermənilərin yerlə-yeksan etdiyi kəndlərimiz yenidən qurulur.

Qərbi Azərbaycanda bizim ata-baba mülklərimiz, torpaqlarımız var. Oraya qayıdacağımıza əminik, - o, vurğulayıb.