BAKI, 9 fevral. TELEQRAF

Bələdiyyələrə dövlət mülkiyyətində olan torpaqların idarə olunmasına, onların istifadəsinə və mühafizəsinə nəzarətin təşkilinə dair qanunvericiliyin tələbləri, o cümlədən bələdiyyələrin müvafiq torpaq münasibətlərindən irəli gələn vəzifələri və qanunvericilikdə nəzərdə tutul mülkiyyətində olan torpaq sahələri göndərilib.

Teleqraf xəbər verir ki, bu məsələ Milli Məclisin Regional məsələlər komitəsinin yaz sessiyası üzrə növbəti iclasının gündəliyində bələdiyyələrin fəaliyyəti haqqında illik məruzədə öz əksini tapıb.

İnzibati nəzarət tədbirləri çərçivəsində ümumilikdə 3142 ha torpaq sahəsinin qanunsuz ayrılmasına dair bələdiyyə aktlarının ləğv edilməsi məqsədilə Nazirlik tərəfindən bələdiyyələrə təklif və ya məhkəmələrə iddialar verilib. Nəticədə 3121 ha torpaq sahəsinin icarəyə, 21 ha torpaq sahəsinin isə mülkiyyətə verilməsi haqqında qanunsuz qərarlar ləğv edilib.

2025-ci il ərzində örüş sahələrinin qanunsuz olaraq ayrı-ayrı şəxslərə ayrılması, zəbt olunması və digər pozuntulara qarşı qanunamüvafiq tədbirlər davam etdirilib, nəticədə 2057 ha örüş sahəsi ilə bağlı qanunsuz bələdiyyə aktları inzibati nəzarət orqanının təklifləri və ya məhkəmələrə verilmiş iddialar əsasında ləğv olunmuş və ya dəyişdirilib.