BAKI, 12 yanvar. TELEQRAF

Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə qanunvericilik aktlarında dəyişiklik ediləcək.

Teleqraf xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, Ədliyyə Nazirliyi Maliyyə Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla təkliflərini beş ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ədliyyə Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi (bundan sonra – Agentlik) işçilərinin say həddinin müəyyən edilməsi ilə bağlı təkliflərini Nazirlər Kabinetinə təqdim etməlidir.

İqtisadiyyat Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Agentliyin maddi-texniki təminatı məsələlərinin həlli və saxlanılma xərclərinin maliyyələşdirilməsi ilə bağlı təkliflərini Nazirlər Kabinetinə təqdim etməlidir.