BAKI, 30 dekabr. TELEQRAF
Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi yaradılır.
Teleqraf xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.
Fərmana əsasən, Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər nazirlik yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi yaradılır.
Həmçinin “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi haqqında Əsasnamə” təsdiq edilib.