BAKI, 30 dekabr. TELEQRAF

“OPEC+” ölkələri yanvarın 4-də keçiriləcək videokonfransda neft hasilatının artırılmasının dayandırılması ilə bağlı qərara sadiq qalacaqlar.

Teleqraf xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Bildirilir ki, təşkilat üzvləri ilk dəfə noyabrda qəbul edilən qərarı ( bu ilin əvvəlində hasilatın sürətlə artırılmasından sonra birinci rübdə əlavə təklif artımlarının dayandırılmasını nəzərdə tutur) yenidən nəzərdən keçirəcəklər.

Qeyd edək ki, xam neft fyuçersləri bu il 17 faiz ucuzlaşıb. Ucuzlaşmaya “OPEC+” və rəqib istehsalçıların təklifinin artması, eləcə də qlobal tələbat artımın zəifləməsi səbəb olub. Analitiklər qiymətlərdə 2020-ci ilin pandemiya dövründən bəri ən böyük illik azalmanı proqnozlaşdırırlar.