BAKI, 29 dekabr. TELEQRAF

Ortamüddətli dövrün sonu (2029-cu il) üçün icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisinin və dövlət borcunun ümumi daxili məhsula nisbət göstəricisinin hədəflənən yuxarı hədləri müəyyən edilib.

Teleqraf xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Fərmana əsasən, ortamüddətli dövrün sonu (2029-cu il) üçün icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisinin hədəflənən yuxarı həddi 13,0 faiz, dövlət borcunun ümumi daxili məhsula nisbət göstəricisinin hədəflənən yuxarı həddi isə 30,0 faiz müəyyən edilib.