BAKI, 23 dekabr. TELEQRAF
Son 48 saat ərzində İranda 17 məhbusu edam edilib.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti X hesabında məlumat verib.
Bildirilib ki, onlardan biri 27 yaşlı tələbə Aqil Kəşavərzdir, o, ədalətli məhkəmə araşdırması aparılmadan və işgəncələr altında qondarma casusluq ittihamı ilə edam edilib.
Qurum əlavə edib ki, cari ildə İranda 1800-dən çox insan edam olunub, yüzlərlə məhbus isə ölüm növbəsini gözləyir.
ABŞ Dövlət Departamenti vurğulayıb ki, rejim edam cəzasından qorxu yaratmaq və xalqı susdurmaq üçün istifadə edir: “Alınan hər bir insan həyatı bir cinayətdir və hər bir səssizlik daha çox zorakılığa yol açır”.
Amerikanın xarici siyasət qurumu bu cür zorakılıqlara baxmayaraq, iranlıların etirazlarını yüksək səslə davam etdirməsinin cəsarət faktı olduğunu qeyd edib.