BAKI, 23 dekabr. TELEQRAF
Rusiya Ukrayna ilə sülh sazişi bağladıqdan sonra aqressiyasını NATO ölkələrindən birinə yönəldə bilər.
Teleqraf xəbər verir ki, bu barədə Almaniya xarici işlər naziri Yohann Vadeful deyib.
Alman nazirin fikrincə, Rusiya hərbi əməliyyatlarda yaranacaq fasilədən NATO-ya yönəlik hədəfləri üçün hərbi gücünü sürətlə artırmaq məqsədilə istifadə edə bilər:
“Təhlilimiz ondan ibarətdir ki, Avropada təhlükəsizlik yalnız Rusiyadan qorunma təhlükəsizliyi kimi təmin oluna bilər. Buna isə yalnız güc mövqeyindən, alyans daxilində birlik və silahlı qüvvələrin müdafiə qabiliyyəti hesabına nail olmaq mümkündür”.
Yohann Vadeful Rusiyanın Ukraynada atəşkəsdən sonra NATO-ya hücum edəcəyi ssenarisinin ehtimalını qiymətləndirməkdən imtina edib, amma müttəfiqləri belə bir inkişaf variantına hazır olmağa çağırıb:
“Mən yalnız hazır olmağı tövsiyə edə bilərəm. Rusiya ordusu Ukraynada davamlı hərbi uğur əldə edərsə, bu, NATO üçün ciddi təhlükə yaradacaq”.