BAKI, 23 dekabr. TELEQRAF

İsrail müdafiə naziri İsrael Kats Qəzza zolağında yəhudi yaşayış məntəqələrinin yenidən inşa olunmasına çağırıb.

Teleqraf xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.

“Vaxtı gələndə Qəzzanın şimal hissəsində vaxtilə boşaldılmış yaşayış məntəqələrinin yerində öncül qruplar da yaradacağıq. Bunu uyğun vaxtda və lazımi qaydada edəcəyik”, - o bildirib.

Katsın fikrincə, İsrail üçün uzun müddətdir mövcud olmayan imkanlar açılır. Müdafiə naziri İsrailin Qəzzadakı mövcudluğunun daimi olacağına əminliyini ifadə edib: “Qəzzaya dərindən daxil olmuşuq və Qəzzanı heç vaxt tərk etməyəcəyik. Bu, baş verməyəcək”.