BAKI, 5 dekabr. TELEQRAF
Azərbaycan Respublikasının Vergi Məcəlləsinə təklif edilən dəyişikliklər fiziki şəxslərin gəlir vergisindən azad olmasını nəzərdə tutan müddəaların dəqiqləşdirilməsi ilə bağlı meyarlar müəyəynləşir
Teleqraf xəbər verir ki, bu məsələ Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu və Mədəniyyət komitələrinin birgə iclasında müzakirə olunub.
Layihəyə əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsinə təklif edilən dəyişikliklər fiziki şəxslərin gəlir vergisindən azad olmasını nəzərdə tutan müddəaların dəqiqləşdirilməsi (dövlət qulluqçusu pensiya yaşına çatmasına görə öz arzusu ilə və ya dövlət qulluğunda olmanın yaş həddinə çatdığı üçün), "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa təklif edilən dəyişiklik isə məcburi dövlət sosial sığorta haqqı hesablanmayan gəlir növlərinin siyahısının dəqiqləşdirilməsi məqsədi daşıyır və təklif edilən bu dəyişikliklər də eyni xarakterli dəyişikliklərdir.
Layihədəki digər dəyişikliklər normativ hüquqi aktlar arasında uyğunluğun təmin edilməsi məqsədilə hazırlanıb.