BAKI, 5 dekabr. TELEQRAF

Azərbaycan Respublikasında dövlət qulluğunun hüquqi və sosial təminatına dair bir sıra məsələlərin daha takmil tənzimlənməsini nəzərdə tutur.

Teleqraf xəbər verir ki, bu məsələ Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu və Mədəniyyət komitələrinin birgə iclasında müzakirə olunub.

Layihəyə əsasən "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dövlət qulluqçuları üçün nəzərdə tutulmuş təminatları tənzimləyən 33.2-ci maddə yeni redaksiyada verilir, dövlət qulluqçusunun pensiya yaşına çatmasına görə öz arzusu ilə və ya qulluqda olmanın son yaş həddinə çatması ilə əlaqədar qulluğa xitam verilməsi zamanı birdəfəlik haqqın verilməsinə dair mexanizmlər təkmilləşdirilir. Qanuna əlavə edilən yeni müddəalara əsasən əvvəllər tənzimlənməyən bir sıra münasibətlərə dair (dövlət qulluqçusunun hərbi xidmətə çağırılması ilə əlaqədar və s) yeni hüquqi əsaslar yaradılır, dövlət qulluqçusu vəfat etdikdə, habelə məhkəmə tərəfindən xəbərsiz itkin düşmüş hesab edildikdə və ya ölmüş elan edildikdə dövlət qulluqçusunun vərəsələrinə müavinət ödənilməsi, dövlət qulluqçusu müddətli həqiqi hərbi və ya alternativ xidmətə çağırıldıqda ona müavinət ödənilməsi, habelə orta aylıq dövlət məvacibinin məbləğinin müəyyənləşdirilməsi qaydası ilə əlaqədar digər məsələlərin qanunvericilik əsasları müəyyən edilir.