BAKI, 5 dekabr. TELEQRAF
"Azərbaycan və Gürcüstan media qurumlarının bir araya gəlməsi, təcrübə mübadiləsinin aparılması bu günün ən vacib məsələlərindəndir".
Teleqraf xəbər verir ki, bunu “İctimai etimadın formalaşdırılmasında medianın rolu və informasiya təhlükəsizliyi” mövzusunda Azərbaycan-Gürcüstan Media Forumunda “POSTV Georgia”nın təmsilçisi Gia Abaşidze bildirib.
Onun sözlərinə görə, hazırda Gürcüstan hibrid hücumların və saxta xəbərlərin hədəfinə çevrilib:
“BBC bizi nümayişçilərə qarşı kimyəvi zəhərləyici qazdan istifadə etməkdə ittiham edirdi. Bu iddialar təsdiqlənməsə də, nəticəsiz ötüşmədi. Belə hibrid hücumlara qarşı müdafiə olunmaq üçün hər iki ölkənin media qurumları, siyasətçiləri və ekspertləri arasında əməkdaşlıq və təcrübə mübadiləsi xüsusi əhəmiyyət daşıyır”.