BAKI, 25 oktyabr. TELEQRAF

Milli Məclisin deputatı Elman Nəsirov birinci evliliyindən qızı olduğunu iddia edən Laləzar Əliyevanın (Nəsirova) açıqlamalarına münasibət bildirib.

O, Teleqraf-a açıqlamasında şər-böhtana şərh vermək istəmədiyini deyib.

Deputat müxalifətin barəsində iftira atdığını və başqa şəxslərdən istifadə etdiyini söyləyib.

Qeyd edək ki, Laləzər Əliyeva özünün sosial şəbəkə hesabında paylaşımında iddia edib ki, atası Elman Nəsirov heç vaxt onunla maraqlanmayıb, aliment ödəməyib.

Onun sözlərinə görə, 9 yaşında atasını görmək üçün gedəndə analığı, Elman Nəsirovun ikinci həyat yoldaşının tələbi ilə anasının yanına göndərilib.

Xaricdə yaşayan dayısının birotaqlı evinə sığındığını vurğulayan xanım atasının onun telefonlarını bloka atdığını, ondan qaçdığını iddia edib və kömək istəyib.

O, həmçinin xatırladıb ki, heç vaxt atası haqda nəsə deməyib, onun adına və nüfuzuna ziyan gəlməsini istəməyib, ancaq indi çarəsiz durumdadır.