BAKI, 7 oktyabr. TELEQRAF

Oktyabrın 7-də Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinə zəng edib.

Teleqraf xəbər verir ki, dövlət başçısı Rusiya Prezidentini doğum günü münasibətilə təbrik edib.

Vladimir Putin təbriklərə görə təşəkkürünü bildirib.

Telefon danışığı zamanı Azərbaycan ilə Rusiya arasında əlaqələrin mövcud vəziyyətinə və perspektivlərinə dair fikir mübadiləsi aparılıb.