BAKI, 11 avqust. TELEQRAF

İsrailin müdafiə naziri Yisrael Katz İran lideri Ayətullah Əli Xameneini yenidən təhdid edib.

Teleqraf xəbər verir ki, bu barədə Katz X hesabında məlumat yayıb.

“Xameneiyə sığınacaqdan çıxanda vaxtaşırı gözlərini göyə qaldırmağı və hər vızıltıya diqqətlə qulaq asmağı məsləhət görürəm”, - Katz paylaşımda qeyd edib.