BAKI, 24 iyul. TELEQRAF
Dövlət sərhədini pozmağa cəhd göstərən şəxs saxlanılıb.
Bu barədə Teleqraf-a Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib.
Qeyd olunub ki, dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri uğurla davam etdirilir:
"İyul ayının 22-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən İraq vətəndaşı – Savfan Məhəmməd Əsəd saxlanılıb", - deyə məlumatda qeyd olunub.
Bildirilib ki, fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.