BAKI, 11 iyul. TELEQRAF
Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Xətai rayonunda yerləşən 265 saylı tam orta məktəbdə seçiciləri ilə növbəti görüş keçirib.
Bu barədə Teleqraf-a ƏHD Partiyası sədrinin müavini Niyaməddin Orduxanlı məlumat verib.
Görüşdə seçicilərin ümumi probleminin həlli ilə yanaşı, 14 nəfərə hüquq yardım göstərilib.
Xatırladaq ki, Milli Məclisin sədri Sahibə Qafarova ilə Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırovun razılığı əsasında, vəkillərin vətəndaşlara hüquq yardım etməsinə dair razılıq əldə olunub.
Görüşdə Xətai rayonu 13 saylı vəkil bürosunun sədri Arif Rəsulovla yanaşı, vəkillər Məhəmməd Nemətov, Sevdiyar Bayramov, Sənan Əsədov və Ayət Rüstəmov iştirak edib.
Təbirdə iştirak edən digər şəxslər, Milli Məclis Aparatının iqtisadi qanunvericilik şöbəsinin məsləhətçisi Validə Qurbanova və Xətai rayon İcra Hakimiyyəti hüquq şöbəsinin məsləhətçisi Əli Nəbizadə iştirak edib.