BAKI, 10 iyul. TELEQRAF
Sosial Tədqiqatlar Mərkəzi (STM)N Prezident İlham Əliyevin Böyük Qayıdış, bərpa və hərbi quruculuq, milli təhlükəsizlik sahəsində fəaliyyətinə dair sorğu keçirib.
Teleqraf xəbər verir ki, respondentlərin 69.6%-i çox yaxşı, 24.6%-i əsasən yaxşı olaraq qiymətləndirib.
Sorğu iştirakçılarının 2%-i bu sahədə fəaliyyətin əsasən pis olduğunu, 1.5%-i çox pis olduğunu bildirib. 2.3%-i bu barədə rəy bildirməkdə çətinlik çəkib.
Tədqiqatın nəticələri Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən infrastruktur layihələrinin, bərpa və yenidənqurma tədbirlərinin, qayıdış prosesi və yenidən məskunlaşma fəaliyyətinin ictimai rəyin formalaşmasında mühüm rol oynadığını göstərib.
Prezidentin hərbi quruculuq sahəsində fəaliyyətini respondentlərin 69.4%-i çox yaxşı, 22.7%-i isə əsasən yaxşı olaraq qiymətləndirib.
Onların 1.6%-i bu sahədə fəaliyyətin əsasən pis olduğunu, 0.7%-i çox pis olduğunu bildirib. 5.6%-i bu barədə rəy bildirməkdə çətinlik çəkib.
Prezidentin milli təhlükəsizlik sahəsində fəaliyyətini respondentlərin 58.7%-i çox yaxşı, 29.5%-i əsasən yaxşı olaraq dəyərləndirib.
Sorğu iştirakçılarının 1.3%-i bu sahədə fəaliyyətin əsasən pis olduğunu, 1.3%-i çox pis olduğunu bildirib. 9.2%-i bu barədə rəy bildirməkdə çətinlik çəkib.
Qeyd olunub ki, ümumi nəticələr dünyada və regionda baş verən hərbi münaqişələr fonunda təhlükəsizlik məsələsinin ictimaiyyət üçün prioritet olduğunu, ordunun modernləşdirilməsi və müdafiə sənayesi sahəsində fəaliyyətin yüksək qiymətləndirildiyini deməyə əsas verib.