BAKI, 3 iyul. TELEQRAF
Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və xarici işlər naziri Ceyhun Bayramov ilə Şuşada İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə Görüşü ərəfəsində görüşüb.
Teleqraf xəbər verir ki, bu haqda Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatarın "X" hesabında paylaşım edib.