BAKI, 19 iyun. TELEQRAF
"İlham Əliyevin uzatdığı əl Kahramanmaraşın mərkəzinə qardaşlıq möhürü vurdu".
Teleqraf xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin açılış mərasimində çıxışında deyib.
Ərdoğan zəlzələnin ilk günündən Türkiyəyə göstərdiyi dəstəyə görə Azərbaycana təşəkkür edib:
"Zəlzələnin ilk anından inancımızı itirmədik. Yaşadığımız imtahanda ümidsizliyə qapılmadıq. Sürətlə toparlandıq. Çətin vaxtlarda köməyimizə ilk çatanlardan biri can Azərbaycan oldu. Fəlakətdən sonra "Səninləyən, Türkiyə" deyən, dualar edən, göz yaşlarımızı, acımızı paylaşan Azərbaycan xalqının dəstəyini heç vaxt unutmayacağıq.
Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya dəstəyinə görə təşəkkür edirəm. "Azərbaycan" məhəlləsi bizim üçün qürur tablosu oldu. Bu gün etibarı ilə layihənin 50 faizini tamamlamışıq. İlin sonuna qədər tam bitirəcəyik. Bununla İlham Əliyev Kamramanmaraşın mərkəzinə qardaşlıq möhürü vurdu. Əməyi keçən hər kəsə, azərbaycanlılara təşəkkür edirəm".