BAKI, 5 iyun. TELEQRAF
Azərbaycan və Ermənistan arasında sülh sazişinin yaxın zamanda imzalanacağına ümid edirik.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.
Nazir qeyd edib ki, hazırda tərəflər arasında danışıqlar davam edir və müəyyən irəliləyişlər əldə olunub.
Onun sözlərinə görə, Ermənistan sülh gündəliyinə sadiqdir və uzunmüddətli sabitliyin yalnız qarşılıqlı anlaşma əsasında mümkün olduğunu düşünür.