BAKI, 22 may. TELEQRAF

Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif gələn həftə Türkiyə, İran və Azərbaycana səfər etməyi planlaşdırır.

Teleqraf xəbər verir ki, səfərin məqsədi diplomatik əlaqələri gücləndirmək və Hindistanla artan gərginlik fonunda dəstək qazanmaqdır.

Baş nazir bu ölkələrin liderləri ilə görüşərək, Hindistanla davam edən qarşıdurma dövründə göstərdikləri dəstəyə görə təşəkkür edəcək.

Baş nazirin səfəri zamanı regional təhlükəsizlik, qlobal siyasi mühit və uzunmüddətli əməkdaşlıq strategiyaları ətrafında ətraflı müzakirələr aparılacaq.