BAKI, 5 may. TELEQRAF
Azərbaycan Milli Məclisinin deputatı, ATƏT Parlament Assambleyasının komitə sədri və qurumun İpək Yolu Qrupunun rəhbəri Azay Quliyev Budvada Monteneqro parlamentinin sədri Andriya Mandiçlə görüşüb.
Teleqraf xəbər verir ki, tərəflər mühüm məsələləri müzakirə ediblər.
Görüşdə İpək Yolu Qrupu ilə Monteneqro qanunverici orqanı arasında əməkdaşlığın daha da dərinləşdirilməsi imkanları barədə faydalı fikir mübadiləsi aparılıb.
“Qitələri birləşdirərək: Dayanıqlı turizm, təmiz enerji və ekoloji tarazlıq naminə davamlı gələcəyin təşviqi” mövzusunda İpək Yolu Qrupunun 5-ci Beynəlxalq Parlament Konfransının yüksək səviyyədə təşkilinə görə Monteneqro parlamentinə təşəkkürü edilib.
Qeyd edək ki, ATƏT PA-nın Baş katibi Roberto Montellanın da iştirak etdiyi görüşdə İpək Yolu Qrupu ilə Monteneqro qanunverici orqanı arasında əməkdaşlığın daha da dərinləşdirilməsi imkanları barədə faydalı fikir mübadiləsi aparıb.
