BAKI, 25 aprel. TELEQRAF
ABŞ-nin müvəqqəti işlər vəkili Hüqo Qevara "Azərkosmos"un ev sahibliyi etdiyi "2025 Kosmik Texnologiyalar" konfransında 14 Amerika şirkətinin nümayəndələri ilə görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə səfirlik “X” hesabında paylaşım edilib.
Paylaşımda deyilir: "ABŞ şirkətləri kosmik elmin, tədqiqatın və texnologiyanın inkişafında aparıcı rol oynayır".