BAKI, 22 aprel. TELEQRAF

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Azərbaycandakı səfiri Məhəmməd Əl-Bluşi UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının Baş katibi Seymur Fətəliyev ilə görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə BƏƏ-nin ölkəmizdəki səfirliyi sosial şəbəkə hesabında paylaşım edib.

Görüş zamanı iki ölkə arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.