BAKI, 27 mart. TELEQRAF

Türkiyənin Kartalkaya xizək kurortunda baş verən yanğınla bağlı daha 6 şübhəli haqqında həbs qərarı çıxarılıb.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bolu Kartalkayada baş verən oteldə baş verən yanğınla bağlı Bolu Respublika Prokurorluğu tərəfindən aparılan məhkəmə istintaqı çərçivəsində İstanbul Texniki Universitetinin alimlərindən ibarət ekspert komissiyasının hazırladığı hesabat Baş Prokurorluğa təqdim edilib.

Hazırda istintaq çərçivəsində 20 şübhəli həbs olunub.

Xatırladaq ki, yanvarın 21-də Bolu Kartalkaya xizək mərkəzində "Grand Kartal" otelində baş verən yanğında 78 nəfər həlak olub.