BAKI, 24 mart. TELEQRAF

"Ermənistan Azərbaycanla sülh sazişi imzaladıqdan sonra Avropa İttifaqının ölkədəki missiyası ilə əməkdaşlığ davam etdirəcək".

Teleqraf xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Paruyr Ovannisyan deyib.

O bildirib ki, Avropa İttifaqı ilə müşahidəçilər üçün yeni mandatı müzakirə edəcəklər: “Ermənistan Azərbaycanla sülh sazişi imzaladıqdan sonra Aİ-nin mülki missiyası ilə əməkdaşlığa hazırlaşır. Ona görə də müşahidəçilər Ermənistan-Azərbaycan sərhədini tərk etməlidirlər”.

Ovannisyan söyləyib: "Biz Aİ ilə müşahidəçilər üçün yeni mandatı müzakirə edə bilərik və əməkdaşlıq mütləq sərhəd məsələləri ilə məhdudlaşmamalıdır. Avropalı müşahidəçilərlə işi davam etdirmək üçün düzgün model tapa bilərik".

O həmçinin Ermənistanın Azərbaycanla sülh sazişinin imzalanması üçün bütün beynəlxalq tərəfdaşlarla, o cümlədən Rusiya ilə əməkdaşlığa hazır olduğunu bildirib.

Qeyd edək ki, martın 13-də Bakı ilə İrəvan arasında sülh sazişinin mətninin razılaşdırıldığı açıqlanıb.