BAKI, 27 fevral, TELEQRAF

“Türkiyə ilə Ermənsitan sərhədinin açılması təşəbbüsü davam edir”.

Bu sözləri Teleqraf-a Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, millət vəkili Şamil Ayrım deyib.

"Azərbaycan-Türkiyə münasibətləri artıq mütəffiqlik səviyyəsindədir. Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisində də bu haqda danışıb. Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması üçün Qarabağ problem həll edildi, amma sülh müqaviləsi də imzalanmalıdır. Sərhəd Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalandıqdan sonra açıla bilər. Əks halda vəziyət belə də qalacaq”, - o, əlavə edib.