Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərinə artıq start verilib. Daşkəsən rayonunun sabiq icra başçısı Əhəd Abıyevin də VII çağırış parlamentdə yer almaq istəyində olduğu iddia edilir.

Mövzu ilə bağlı Teleqraf.com-a danışan sabiq icra başçısı Əhəd Abıyev bu cür məlumatların necə yayılmasına diqqət çəkib.

“Bir çox adamlar falanbaxanlıqla məşğuldur. Kimlərsə mənim adımdan yalan danışır. Buna nə ehtiyac var? Jurnalistlərə mənim hörmətim var. Amma kimlərsə davamlı olaraq mənim xəbərim olmadan məlumatlar yayır”, - deyə o əlavə edib.

Sabiq icra başçısı belə bir niyyətinin olmadığını deyib.

Qeyd edək ki, Əhəd Abiyev icra başçısı olmamışdan öncə Milli Məclisin deputatı idi.