Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə bu gün saat 16:00-da Ədalət və İnkişaf Partiyasının (AKP) İdarə Heyətinin iclası keçiriləcək.

Teleqraf.com xəbər verir ki, iclasda partiyanın növbədənkənar qurultay hazırlıqları və bələdiyyə seçkiləri müzakirə ediləcək.

Məlumata əsasən, oktyabrın 7-də Ankarada keçirilməsi planlaşdırılan qurultayın dəqiq tarixi ilə bağlı qərar veriləcək.

Daxili və xarici siyasətlə bağlı digər mövzuların da müzakirə olunacağı iclasla bağlı AKP sözçüsü Ömər Çelikin mətbuata açıqlama verəcəyi gözlənilir.