Kəlbəcərə təşkil edilən növbəti səfər zamanı faciənin olması qaçılmaz idi. Rayonun Günəşli kəndində fərdi evin girişində mənfur ermənilərin basdırdığı tank əleyhinə mina son anda Azərbaycan Ordusunun qəhrəman əsgərləri tərəfindən aşkarlanıb. Bununla da həmin səfərdə iştirak edən 20-dən çox insanın həyatı və sağlamlığına dəyə biləcək mümkün təhlükənin qarşısı alınıb. Sözsüz ki, 30 ilə yaxın erməni tapdağında olan bu ərazilərdə mənfur düşmən hər daşın, divarın altına mina basdırıb. Çünki onlar bilirdilər ki, bu ərazilərin əsl sahibi Azərbaycan xalqıdır və gec-tez azərbaycanlılar öz torpaqlarına qayıdacaq. Məkirli düşmənin də məqsədi maksimum şəkildə xalqımıza qarşı qanlı qətliamlarını məhz bu formada təşkil etməkdən ibarət olub.

Bunu Teleqraf.com-a Milli Məclisin Kəlbəcərdən olan deputatı Aqil Məmmədov deyib.

O qeyd edib ki, Kəlbəcərin Günəşli kəndində də erməni vandallığının bütün əlamətləri özünü açıq şəkildə göstərir:

“Bu kənddə olan tarixi, dini abidələrlə yanaşı qəbiristanlıqlar da erməni barbarları tərəfindən yerlə-yeksan edilib. Bir kəlbəcərli kimi mən də kəndimizdə olarkən bu barbarlığın canlı şahidi oldum. Bu dağıntılar, edilən vandallıqlar normal insanların edə biləcəyi hərəkətlər deyil. Çünki qəbirləri qazaraq insanların cəsədlərini çıxarmaq, onların ağzında qızıl diş axtarmaq insanlığa sığmayan əlamətlərdir”.

Kəlbəcərli deputat ermənilərin tarixdə ancaq qəbirdağıdan, barbar bir toplum kimi tanındığını qeyd edib:

“Kəlbəcərin Günəşli kəndində erməni barbarlığının miqyasına nəzər etməklə bütün dünya ictimaiyyəti ermənilərin necə bir məxluq olduğunu aydın şəkildə görə bilər. Günəşli kəndində daşı-daşı üstündə qalmağa qoymayan düşmən dağılmış evlərin girişində dağıdıcı əmsalı daha geniş olan tank əleyhinə mina basdırmaqla öz bədnam niyyətini bu ərazilərdən çıxıb getdikdən sonra da davam etdirmək niyyətində idi. Ona görə də işğaldan azad edilən ərazilərimizə səfər edən soydaşlarımızın daha diqqətli olmaları tövsiyyə edilir”.