Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla görüşüb.

Teleqra.com xəbər verir ki, bu barədə Gürcüstanın hökumət administrasiyasının mətbuat xidməti məlumat yayıb.

Görüşdə Gürcüstan və Azərbaycan arasında strateji tərədaşlıq, bölgədə təhlükəsizliyin önəmi və birgə layihələrin uğurla həyata keçirilməsi müzakirə olunub.

Tərəflər hərbi təhsil sahəsində əməkdaşlığı və mövcud ikitərəfli əməkdaşlığın gələcək inkişaf perspektivləri ətrafında da fikir mübadiləsi aparıblar.