Rusiyalı milyarder İqor Nekladkonun nəvəsi Qrişanın sosial şəbəkədə yerləşdirdiyi video qalmaqala səbəb olub.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, o, həmişəkindən fərqli olaraq bu dəfə pulla insanlara istədiklərini etdirməyib.

Qrişa özünü əlil kimi təqdim edib və yoldan keçənləri pulla sınağa çəkib. Dayanacağa ödənilməsi üçün vətəndaşlardan yardım istəyən gənc qarşısına çıxanlara 5 min rubl pul verib. Qrişa insanlardan pulu dayanacağa ödəməsini istəyib, amma pulu götürən hər kəsə oradan uzaqlaşıb.

Rusiyada böyük marağa səbəb olan görüntü Youtube-də iki gündə 700 mindən çox izlənilib.

Teleqraf.com videonu təqdim edir:

Rüstəm