Çində küçənin ortasında, insanların gözü qarşısında qadının çantasından pullarını oğurladılar.
Publika.az xəbər verir ki, iki dost əvvəldən hazırlanmış plan əsasında qəza vəziyyəti yaradıb. Bu zaman digəri qadının məşğul olmasından istifadə edib çantasındakı bütün pullarını oğurlayıb. Bu hadisə küçədəki mühafizə kameraları vasitəsilə qeydə alınıb.
Video ilk baxışda adi bir qəza təəssüratı yaratsa da, əslində, bu, qüsursuz planlaşdırılmış bir oğurluq planıdır.