Bankomat qarşısında pul çıxarmağa çalışan ana qəfildən yanında duran oğlunu yerə yıxıb və onu təpikləməyə başlayıb.

Hadisə Rusiyada baş verib. Ətrafdakıların sərt reaksiyası ilə qarşılaşan qadın 8 yaşlı oğlunu küçəyə çıxarıb və zorakı hərəkətlərini davam etdirib. Yerli sakinlər dərhal hadisə yerinə polis çağırıb.

Araşdırmalar zamanı məlum olub ki, qadının psixoloji problemləri var və buna baxmayaraq, azyaşlı anası ilə birlikdə qalır. Polisdən verilən məlumata görə, hazırda uşaq xəstəxanaya yerləşdirilib. Onun anasından alınaraq, internata verilməsi ilə bağlı məsələ qaldırılıb.

Teleqraf.com təhlükəsizlik kamerasına əks olunduğu görüntüləri təqdim edir:

Elvin