Rusiyada azərbaycanlı kişi rus arvadını oğurlayıb.

Hadisə ötən gün səhər saatlarında Sankt-Peterburqda Vasilyevski adlanan yerdə baş verib. 27 yaşlı Aleksandra çalışdığı kafelərdən birində 3 kişi tərəfindən oğurlanıb. Naməlum şəxslər onu zorla "QAZ 32410" markalı maşına mindiriblər. Daha sonra naməlum istiqamətdə gediblər.

Qaçırılan qadının anası istintaqa açıqlamasında deyib ki, onlardan biri Aleksandranın 33 yaşlı azərbaycanlı həyat yoldaşı olub. Bundan iki həftə öncə o Valxova şəhərində 9 yaşlı övladlarını da qaçırmışdı.

O, qızı ilə danışığını və kürəkəninin 9 yaşlı oğlan nəvəsini Azərbaycana apardığını iddia edib./BAKU.WS