Yayda istirahət üçün insanlar ən çox hansı çimərliklərə üz tutur? Dünyanın hansı çimərlikləri məşhurdur və onların hansı üstünlükləri var?
Teleqraf.com Rusiya mətbuatına istinadən ən yaxşı çimərliklərin siyahısını təqdim edir:
1. Şəhərə yaxın çimərlik axtarırsınız? O zaman Sidneyin Bondi çimərliyi məsləhətdir.
2. Müqəddəs Bart adası çimərliyi isə qış istirahəti üçün məsləhətdir. Bura Leonardo Di Kaprio, Castin Biber və ya Kendell Cenner kimi məşhurların qış tətillərini keçirdikləri yerdir.
3. Əgər vəziyyəti tamamilə dəyişmək istəyirsinizsə, Cənubi Afrika Respublikasının Keyptaun şəhərinə gedin. Orada yerləşən Kemp Beys çimərliyi ağ qumu və gözəl sahil mənzərəsi ilə seçilir.
4. Bəlkə siz Pura Vida haqqında eşitmisiniz? Kosta-Rikada rahat həyat tərzinə belə deyirlər. Siz də onlara qoşulun. Sizə “Playay Tamarindo” çimərliyini məsləhət görürük.
5. Son zamanlar məşhurlaşan çimərliklərdən biri də meksikada yerləşən “Playay Paradizo”dur.
6. Günəş batan zaman ən yaxşı görünən çimərliklərdən biri isə Filippində yerləşən “Vayt-Biç”dir.
7. Gözəl çimərlikləri siyahısını hazırlayanda Kolumbiyadakı “İslas-del-Rosario”nu unutmaq düzgün olmazdı.
8. Taylandda yerləşən Pra Nanqa çimərliyi də turistlər arasında məhşurluğu ilə seçilir.
9. Zənzibar adasında yerləşən çimərlik qar kimi ağ qumu ilə okean sahilindəki cənnəti xatırladır.
10. Böyük şəhərin sahilində yerləşən çimərliklər arasında ən tanınmışlarında biri İpanemadır. Bu çimərlik Braziliyanın Rio-de-Janeyro şəhərinin sahilində yerləşir.
Rüstəm