Türkiyədə "Anadolu" jurnalının 9 kateqoriya üzrə apardığı araşdırma və sorğuların nəticəsində Qarsın bələdiyyə sədri Murtaza Karaçanta "ilin bələdiyyə sədri" seçilib.

Teleqraf.com xəbər verilir ki, seçkilərdə bələdiyyə sədrinin il ərzində gördüyü işlər, həyata keçirdiyi layihələr və bunların xalq tərəfindən dəyərləndirilməsi əsas götürülüb.

Əslən azərbaycanlı olan Karaçanta Qarsın Türkiyədə ən inkişaf etmiş şəhərlərindən birinə çevirildiyini və fəaliyyətlərini bundan sonra uğurla davam etdirəcəklərini bildirib.

Samir