2016-cı ilin əvvəlindən avtomobillərinə “xüsusi” nömrələr əldə etmək hüququ olan Çexiya vətəndaşlarında bu məsələyə maraq azdır.

Ötən həftə ərizələrin qəbulu başlayanda Nəqliyyat Nazirliyi cəmi 154 ərizə qeydiyyata alıb. “Xüsusi” nömrələrin ən məşhur mətnləri ad və soyad, habelə firmaların adları və 11111111, 2222222 və s. rəqəmlərin birləşməsidir. “Xüsusi” nömrələr üçün ərizə verilməsində bəzi məhdudiyyətlər mövcuddur. Məsələn, söyüş və “G”, “CH”, “O”, “Q” və “W” hərfləri “xüsusi” nömrə ola bilməz. Bu asanca dəyişdirilə bilən hərflərin istifadəsinə qadağa qoyulmasını nəqliyyat polisi tələb edib.

Çexiyada sifarişli nömrənin qiyməti 5000 krondur (178,5 avro). Müqayisə üçün Almaniyada 40 avro ödəməklə hər hansı nömrə sifariş etmək olar, Macarıstanda isə 001, 100, 500, 555, 777, 999 və s. nömrələri maşını rəsmiləşdirəndə sadəcə xahiş etmək olar.