Xanımını avtomobildə başqa kişi ilə tutan ər onu və məşuqəsini öldürüb.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, hadisə ABŞ-ın Nyu-York şəhərində 2014-cü ilin dekabrında baş verib.

49 yaşlı Stiv Vaytinqam məhkəmədə verdiyi ifadəsində cinayəti etiraf edib. O, anonim bir şəxsin ona zəng edərək şəhərin şərqindəki "Spring Creek Towersa"ə getməsini istəyib.

Deyilən yerə gedən ər arvadını başqa kişi ilə cinsi əlaqədə olarkən tutub. Əsəb gərginliyi keçirən Stiv xanımı Conelle Barker ilə Cerome Barrettə çoxsaylı bıçaq xəsarətləri yetirib.

Qatil arvadı son nəfəsini verərkən əlini tutduğunu da deyib.

Məhkəmənin qərarına əsasən, Stiv Vaytinqam 25 il müddətinə azadlıqdan məhrum edilib.

Ramal