Finlandiyada güclü külək və qar ciddi fəsadlar törədib. Güclü yağıntı nəticəsində ölkənin enerji infrastrukturunda böyük problemlər yaşanıb. Təbii fəlakət 10 min evi elektrik enerjisiz, işıqsız qoyub.

Teleqraf.com-un “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, təkcə Şimali Savo və Şimali Kareliya regionunda 8 min ev işıqsız qalıb.

Qeyd olunur ki, güclü külək və sulu qar elektrik enerjisinin verilişinin bərpası üzrə işləri çətinləşdirir.

Meteoroloqların proqnozlarına əsasən, ölkə ərazisində qeyri-sabit, küləkli hava hələ bir neçə gün davam edəcək.